BAKU Azərbaycan
°C

Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların əmək haqlarından 1 faiz ödəniş tutulur.

Gundem.az xəbər verir ki, bu rəqəm 1 yanvar 2022-ci il tarixindən 2 faiz təşkil edəcək.

Məsələyə münasibət bildirən millət vəkili Soltan Məmmədov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində bildirmişdi ki, həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faiz keçən il qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.

Qeyd edək ki, İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar bu xidmətləri əldə edə bilərlər:

Əmək haqlarınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablamaq üçün bu linkə daxil ola bilərsiniz.

Son xəbərlər

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Bütün xəbərlər