BAKU Azərbaycan
°C

Bakıda mənzil bazarında qiymət artımı müşahidə olunur və bu bahalaşma statistik göstəricilər tərəfindən də təsdiq edilir.

Gundem.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Bakıda mənzillərin qiyməti yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 faiz, 2024-cü ilin fevral ayı ilə müqayisədə isə 11,2 faiz artıb.

Ekspertlər qiymət artımını əsasən ipoteka kreditləri üçün müraciətlərin başlanılması ilə əlaqələndirirlər. 2025-ci ilin fevralın 6-dan etibarən ipoteka kreditlərinin verilməsi prosesinə başlanıb ki, bu da əmlak bazarında müştəri sayının artmasına səbəb olub. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ipoteka kreditlərinin verilməsi ilə bağlı prosesin başlaması müştərilərin daha çox çıxarışlı və ipotekaya yararlı əmlaklara maraq göstərməsinə yol açıb. Xüsusilə, köhnə tikililərdən 9 mərtəbəli binalara və yeni tikililərdə çıxarışlı əmlaklara olan tələbatın artması bu tip əmlakların qiymətlərinin bahalaşmasına səbəb olub.

Lakin qiymətlərin yüksək olduğu və ipotekaya yararsız əmlaklarda bahalaşma müşahidə olunmayıb. Mütəxəssislər bu cür əmlakların satışında durğunluğun olduğunu bildirirlər. Bu vəziyyət bazarda qiymət artımının yalnız ipotekaya uyğun və sənədləşməsi düzgün olan əmlaklarla məhdudlaşdığını göstərir. Milli.Az

Son xəbərlər

Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər