BAKU Azərbaycan
°C

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödənişi zamanı məbləğin böyük hissəsinin faizdən çıxılmasıdır. Təklif edilir ki, banklar ödəniş cəvdəlinə yenidən baxsınlar və vətəndaş borcunu bağlayanda faizdən az çıxılsın. 

Bəs banklar bu məsələyə necə yanaşırlar? 

Gundem.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov deyib ki, istehlak kreditləri verilən zaman banklar daha qısa zamanda faiz gəlirlərini əldə etməyə çalışırlar. Bu isə ödəniş cədvəlində ilkin olaraq faizlərin ödənilməsinə və əsas məbləğdə ciddi dəyişikliklərin olmamasına gətirib çıxarır:

"Biz bütövlükdə həm ödəmə cədvəlində faiz və əsas məbləğlər üzrə proporsional yanaşmanın həyata keçirilməsini təklif edirik. Yəni banklar tərəfindən ilk aylarda və ya ilk ildə daha çox faiz ödənişlərinə üstünlük verilməsi məqbul deyil. Daha məqsədə uyğun olardı ki, optimal olaraq faiz və əsas məbləğlər üzrə ödənişlər məhz kredit ödənişi başladıqdan etibarən nəzərə alınsın, bölüşdürülsün. 

Bu dəyişikliklər edilsə, əsas məbləğ üzrə borcun daha tez azalmasına, krediti tez bağlamaq istəyən vətəndaşların iqtisadi hüquqlarının qorunmasına gətirib çıxaracaq". 

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının eksperti Mənsur Məmmədov bildirib ki, bu bankların kredit ödənişlərində istifadə etdiyi daha çox audit üsulu ilə bağlıdır. Bu modeldə vətəndaş sabit məbləğ ödəyir: 

"Yəni aylıq ödəniş məbləği növbəti ödəniş periodlardakı məbləğlərlə eyni olur. Ödənişlərdə hər ay eyni məbləğğ ödənilsə də, bu onun tərkibini dəyişir. Kredit ödənişlərinin ilk dövrlərində əsasən faiz ödənişləri çox olur. Çünki qalıq borcu yüksəkdir. Bu da hesablanan faizi artırır. Zaman keçdikcə əsas borcun qalıq məbləği azalır. Nəticədə aylıq faiz məbləği də azalır. Bu da eyni zamanda əsas borc üzrə ödənişin ümumi ödənişdə payını artırır".

Ekspert qeyd edir ki, bank sistemində digər ödəniş üsulları da var. Lakin aylıq ödəniş məbləğinin sabit olması həm bank, həm də müştəri büdcəsinin proqnozlaşdırılmasını və planlaşdırılmasını asanlaşdırır. 

Bəs vətəndaşların ödəniş cədvəlini istədikləri kimi tərtib etmək hüququ var? 

Ekspert bildirib ki, bu sistem vətəndaşın əlavə pul ödəməsi demək deyil. Müştəri istənilən qrafikli ödəniş hallarında kreditin qalıq məbləğinə əsasən hesablanmış faiz məbləğini borc kimi ödəyir. Bankların ödəniş cədvəlini istədikləri kimi tərtbi etmək hüququ yoxdur. Ödəniş cədvəli qanunvericiliyə və müştəri ilə qarşılıqlı razılaşmaya əsasən hazırlanır. Müştəri sənədləri imzalamaqla öz razılığını bildirir. Əgər bu razılıq yoxdursa, bank bu şərtlərlə krediti müştəriyə verə bilməz. 

Son xəbərlər

Görün Messi Ronaldo haqda nə dedi: Dost deyilik...

"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

Məşhur İsveç brendinin ən etibarlı avtomobilləri - SİYAHI

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

Bütün xəbərlər