BAKU Azərbaycan
°C

Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tərəfindən səhvən ödənilən məbləğin geri qaytarılması məsələsi bəzən suallar doğurur. 

Gundem.az xəbər verir ki, belə hallar qanunvericiliyə və bank prosedurlarına uyğun olaraq istehlakçının xeyrinə həll edilməlidir.

Əgər vətəndaşın kartından səhv məbləğ tutulubsa və ya mal və ya xidmət almadan ödəniş edilibsə, həmin vəsaitin geri qaytarılması hüququ vardır. Bu halda vətəndaş ödəməyə dair çek, bank çıxarışı və ya terminal məlumatları kimi sübutedici sənədlərlə marketə müraciət etməlidir.

Market faktı təsdiqlədikdən sonra ödənilmiş məbləğ nağd şəkildə və ya bank hesabına geri qaytarıla bilər. Kartla aparılan əməliyyatlar zamanı isə "reverse" və ya "refund" adlanan bank prosedurları vasitəsilə vəsaitin geri qaytarılması mümkündür. Bu proses, adətən, 1-3 iş günü ərzində baş verir.

Əgər market vətəndaşın müraciətini nəzərə almazsa və vəsaiti geri qaytarmasa, alıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Banklar Assosiasiyasına, həmçinin müvafiq bank və Maliyyə Ombudsmanına şikayət edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçı hüquqları pozulduqda vətəndaşın maddi zərəri qarşılanmalıdır. Belə hallarda vətəndaşların hüquqlarını bilməsi və sənədlərlə hərəkət etməsi vacibdir. /News24.az

Son xəbərlər

Məşhur İsveç brendinin ən etibarlı avtomobilləri - SİYAHI

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

İsrail İranda xəstəxanaları vurdu

İranda uçuş qadağasının müddəti yenidən uzadıldı

Bütün xəbərlər