BAKU Azərbaycan
°C

2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib.

Gundem.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda bildirilir ki, beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində hesabat ili ərzində faktiki istifadə olunmuş kredit vəsaitləri və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib. Hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcmi nominal ifadədə 685,8 milyon ABŞ dolları və ya 7,8 faiz azalıb. Bununla yanaşı, COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, habelə neftin qiymətinin yüksək olması nəticəsində 2021-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 82632,0 milyon manat səviyyəsindən nominal ifadədə 10225,7 milyon manat daha artıq olaraq 92857,7 milyon manat səviyyəsində qərarlaşması xarici dövlət borcunun ÜDM-ə nisbətinin ilin əvvəli ilə müqayisədə 5,8 faiz bəndi azalaraq 14,9 faizə enməsini şərtləndirib.

İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 46,0 faizinin 10 ilədək olan müddətdə, 48,1 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 5,9 faizinin isə 20 ildən yuxarı olan müddətdə qaytarılması nəzərdə tutulur. Hesabat ilində xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 84,2 faiz, avro – 7,9 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 0,9 faiz.

Dəyişkən faiz dərəcəsi ilə olan kreditlər xarici borc məbləğinin 41,2 faizini, sabit dərəcə ilə olan kreditlər isə 58,8 faizini təşkil edib.

Ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə cəlb olunmuş vəsait və daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla 2021-ci ilin sonuna birbaşa daxili dövlət borcu 2507,1 milyon manat (ÜDM-in 2,7 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş daxili borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 561,3 milyon manat (ÜDM-in 0,6 faizi) olmaqla, daxili dövlət borcu 3068,4 milyon manat və ya 2021-ci il üzrə ÜDM-in 3,3 faizini təşkil etmişdir. 2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1126,1 milyon manat məbləğində, ÜDM-də payı isə 0,6 faiz artmışdır ki, bunun da əsas səbəbi dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcalmaların əvəzlənməsi məqsədilə daxili dövlət borcalmasının həcminin artırılması olub. Qeyd olunanların nəticəsi olaraq, dövriyyədə olan dövlət istiqrazlarının həcmi 2021-ci il 31 dekabr tarixinə 2500,2 milyon manata çatdırılmışdır ki, bunun da 150,0 milyon manatı qısamüddətli (dövriyyə müddəti 1 ilədək), 2309,4 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 5 ilədək), 40,8 milyon manatı isə ilk dəfə emissiya olunmuş uzunmüddətli (dövriyyə müddəti 7 il) dövlət istiqrazlarının payına düşür.

Son xəbərlər

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

"Barça" ən bahalı oyunçularından birini SATACAQ - FOTO

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Bütün xəbərlər