BAKU Azərbaycan
°C

Bu il Azərbaycanda tərəvəzlərin qiymətində kəskin artım müşahidə edilir. Rəsmi məlumatlara əsasən, 2022-ci ilin aprelində tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 70 faizdən çox artıb. 

Gundem.az xəbər verir ki, tərəvəzlərin qiymətinin belə yüksək templə artmasının əsas səbəblərindən biri Rusiyaya ixracın artmasıdır. Bu il Rusiya Azərbaycandan aldığı tərəvəzin miqdarını xeyli artırıb. 

Ümumilikdə, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricə 59 min ton tərəvəz satıb. Ötən ilə nisbətən satılan tərəvəzin miqdarı 11 min ton, yəni 23 faizə yaxın artıb. 

Tərəvəz ixracının kəskin artması Rusiyada Azərbaycan məhsullarına ehtiyacın böyüməsi ilə bağlıdır. Sanksiyalarla əlaqədar Rusiya hər ölkədən idxal həyata keçirə bilmir. Buna görə də şimal qonşumuz diqqətini Azərbaycan kimi özünə yaxın bildiyi bazarlara yönəldir. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov da bildirib ki, 2022-ci ildə tərəvəz idxalını artıracaqlar. 

Rusiyanın Azərbaycandan tərəvəz idxalını artması onunla nəticələnəcək ki, ölkəmizdə satışa çıxarılan məhsulların miqdarı azalacaq. Çünki Rusiya bazarında tərəvəz daha bahadır və istehsalçılar daha yüksək qiymətə satış imkanı olan bazarlara meyl etməkdə maraqlı olacaq. Bu vəziyyət Azərbaycanın daxili bazarda qiymət artımlarına səbəb olacaq. 

Qeyd edək ki, may ayından başlayaraq açıq sahələrdən tərəvəz məhsullarının yığımına başlanılıb. Yaz və yay aylarında tərəvəz qiymətlərində mövsümi amillərin təsiri ilə enmə baş verəcək. Lakin qiymət enməsi ötən ilin eyni dövrü ilə müqayisədə çox olmayacaq və bu yay mövsümü Azərbaycan əhalisi daha baha tərəvəz yeyəcək.

Vasif
 

Son xəbərlər

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Bütün xəbərlər