BAKU Azərbaycan
°C

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Gundem.az xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edir.

O bildirib ki, layihəyə əsasən DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir.

Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləği 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Kərəm Mustafayev İrana SƏFƏR ETDİ

Onlar kolon xərçənginə daha çox tutulurlar - ARAŞDIRMA 

“Turan Tovuz”un futbolçusu 4 oyunluq CƏZALANDIRILDI

Bu ölkədə həbsdə olan yazıçıların sayı ARTDI

Kəlbəcərdə AĞIR QƏZA - Yaralılar var

Azərbaycan XİN Polşanı TƏBRİK ETDİ

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə YOLA DÜŞDÜ

İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini İTTİHAM ETDİ

Sualtı tunel Avropanı Şimali Afrika ilə birləşdirəcək - YENİ LAYİHƏ

Telefondan çox istifadə bu xəstəliklərə SƏBƏB OLUR - XƏBƏRDARLIQ!

Şənbə gününün hava proqnozu AÇIQLANDI

Türkiyədə inflyasiya 70 faizə çatır - STATİSTİKA

4000 manat pul oğurlayan şəxs SAXLANILDI

Prezident: "Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk"

Prezident İlham Əliyev polşalı həmkarını TƏBRİK ETDİ

Azərbaycanda iş vaxtının saatları azaldıla bilərmi? - AÇIQLAMA 

Bütün xəbərlər