BAKU Azərbaycan
°C

Hesablama Palatasının sədrinin maaşı artırılır.

"Unikal" xəbər verir ki, bununla bağlı “Hesablama Palatası haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Nəticədə Hesablama Palatasının sədri 9450 manat maaş alacaq.

Qüvvədə olan qanunda qeyd edilib ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Digər bir dəyişikliklə isə Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

Qanunlara dəyişikliklər qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Əli Əsədov qərar imzaladı

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini MÜZAKİRƏ ETDİ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

Azərbaycan şahmatçısı Avropa çempionu OLDU

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Yens Stoltenberq Kiyevə SƏFƏR ETDİ

Bütün xəbərlər