BAKU Azərbaycan
°C

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barrel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Bu barədə Gundem.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.

Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barrel artırılaraq 717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEK plus” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barrel, ikinci mərhələdə 7,7 mln. barrel və üçüncü mərhələdə 5,8 mln. barrelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.

Bu müddət ərzində “OPEK plus” mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barrel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır.

Xatırladaq ki, “OPEK plus” ölkələri üzrə 5,8 mln. barrelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər