BAKU Azərbaycan
°C

Moody’s beynəlxalq reytinq agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib.

Belə ki, ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə “Stabil” qiymətləndirilib.

Bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır.

Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır. Rəydə o da qeyd edilir ki, maliyyə mövqeyinin davamlı inkişafına paralel olaraq ABB-nin reytinqləri daha da yaxşılaşdırıla bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO

Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT

“Azparking” işçisini təhqir edən sürücü həbs edildi

Azərbaycan və Ermənistan sərhəd xidmətlərini belə yerləşdirəcəklər

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

"Real Madrid" YARIMFİNALDA: İlk oyun...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

“Meyxananı böyük səhnəyə atam gətirib”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Bütün xəbərlər