BAKU Azərbaycan
°C

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Gundem.az xəbər verir ki, Konstitusiya Məhkəməsindən bildirilib ki, iclasda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

Cavanşir Məmmədov VƏFAT ETDİ

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Bütün xəbərlər