BAKU Azərbaycan
°C

Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov qeyd edib ki, Fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur:

"İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik".

Nazir əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək:

"Qeyd etmək lazımdır ki, pandemiyadan sonra biz müsbət dinamikaya nail olmuşuq və ölkə iqtisadiyyatı ötən il 5,8 faiz, bu ilin yanvar-noyabr aylarında isə 4,8 faiz artıb. Bundan əlavə, bu il dekabrın 15-nə olan göstəricilərə əsasən, 15 milyard manatdan çox vergi daxilolmalarını təmin etmişik”.

Son xəbərlər

Mikroplastiklərlə zəhərlənmə infarkt və insult YARADIR

MİT-dən növbəti uğurlu əməliyyat: PKK-nın önəmli şəxsi MƏHV EDİLDİ - FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər TƏYİN EDİLDİ - SƏRƏNCAM

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni TƏSDİQ ETDİ

Ermənistanda gərginlik PİK HƏDDƏ: "Paşinyanın yerinə..." - AÇIQLAMA

Prezidentdən Xocalıya yeni TƏYİNAT

Gecələr modemi söndürməməyin hansı fəsadları var?

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini AÇIQLADI

Ararat Mirzoyan: "Almatıda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib"

ATƏT sədri sabah Bakıya GƏLƏCƏK

MEDİA müsabiqə ELAN ETDİ

"Türkviziya Mahnı Müsabiqəsi" Azərbaycanda keçirilsin" - Millət vəkili

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Sabahdan... 

"20 sentyabrı “Bütövlük günü” kimi qeyd etməliyik" - Zahid Orucdan TƏKLİF

Yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

Fransanı çətin günlər GÖZLƏYİR: “Yay aylarında qarşıdurma yarana bilər”

Ağcabədidə 40 yaşlı kişi qətlə YETİRİLDİ

Bu ölkədə güclü zəlzələ BAŞ VERDİ

Azərbaycanda əməkdar artist VƏFAT ETDİ - FOTO

Bütün xəbərlər