BAKU Azərbaycan
°C

Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan TuranBank və Incofin İnvestisiya Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

Incofin İnvestisiya Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2001-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.

TuranBank KOS maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

Yarandığı tarixdən etibarən 30 il ərzində özünün 19 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini //bit.ly/3fUQtbQ    və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...

Son xəbərlər

Bu dəfə "Şuşanın dağları"nı Xan Əmi ilə OXUDU - VİDEO/FOTO

ATƏT-in hazırkı sədri Nikol Paşinyanla danışıqlar APARDI

Mikroplastiklərlə zəhərlənmə infarkt və insult YARADIR

MİT-dən növbəti uğurlu əməliyyat: PKK-nın önəmli şəxsi MƏHV EDİLDİ - FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər TƏYİN EDİLDİ - SƏRƏNCAM

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni TƏSDİQ ETDİ

Ermənistanda gərginlik PİK HƏDDƏ: "Paşinyanın yerinə..." - AÇIQLAMA

Prezidentdən Xocalıya yeni TƏYİNAT

Gecələr modemi söndürməməyin hansı fəsadları var?

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini AÇIQLADI

Ararat Mirzoyan: "Almatıda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib"

ATƏT sədri sabah Bakıya GƏLƏCƏK

MEDİA müsabiqə ELAN ETDİ

"Türkviziya Mahnı Müsabiqəsi" Azərbaycanda keçirilsin" - Millət vəkili

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Sabahdan... 

"20 sentyabrı “Bütövlük günü” kimi qeyd etməliyik" - Zahid Orucdan TƏKLİF

Yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

Fransanı çətin günlər GÖZLƏYİR: “Yay aylarında qarşıdurma yarana bilər”

Ağcabədidə 40 yaşlı kişi qətlə YETİRİLDİ

Bütün xəbərlər