BAKU Azərbaycan
°C

“Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən “Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib”.

 “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Afət Həsənova deyib. 

“Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın”,- deyə deputat vurğulayıb.

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cəmiyyətdə böyük narahatlıqlar var. Şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma-88” əsasında pensiya təyin olunmaldır: “Ancaq əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də Tibbi-Sosial Ekspert Komissiyaları var. Əgər Səhiyyə Nazirliyi “Forma-88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, ancaq iki qurumun şəxsi yoxlaması nə deməkdir?”

Qüdrət Həsənquluyev əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunmalıdır: “Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Düşünmürəm ki, nəzarətedici orqanların sayını artırmaqla problemləri kökündə həll edə bilərik”.

Məsələ ilə bağlı danışan Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, əgər vətəndaş işləyən zaman xəstələnirsə, əmək qabiliyyəti müvvəqqəti itdiyinə görə 6 aya qədər müavinət alır. Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər və dərmanla təmin olunursa bu, dövlətin təminatıdır: “Ona görə də Qüdrət müəllimin (Qüdrət Həsənquliyev red.) dövlətin bu sahədə heç bir təminatı yoxdur deməyini qəbul etmirəm. Eyni zamanda Afət Həsənovanın “Forma-88” göndərişinin ödənişli olması deməsinə gəlincə, fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxladım və belə bir ödənişin olmadığını bildirdilər. Belə bir qanunvericilik tələbi yoxdur. Hətta belə bir göstəriş də yoxdur ki, əlilliyin müəyyən edilməsi ilə “Forma-88” göndərişi ödənişlidir. Kimsə bunu edirsə, bu, qanun pozuntusudur və cəzalarını almalıdırlar”. 

Komitə sədri, həmçinin DSMF-nin investisiya fəaliyyəti ilə məşğul olması ilə bağlı səsləndirilən fikirlərlə də razı olmadığını bildirib: “Deyirsiniz ki, buna konstitusiya ilə icazə verilmir. Qüdrət müəllim, sizdən başqa ölkədə o qədər hüquqşünas və mütəxəssislər var. Layihə sənədinin hamısı ekspertiazadan keçib. Sənəd Prezident Administrasiyasında, Milli Məclisdə və müvafiq qurumlarda ekspertizadan keçib. Publik hüquqi şəxslərin investisiya fəaliyyətinin, o cümlədən digər kommersiya fəaliyyəti ilə məşğul olmasında heç bir qadağa yoxdur. Sadəcə bu, qanunla tənzimlənir. Hətta oradan əldə edilən vəsait belə başqa istiqamətə xərclənmir. Həmin vəsaitlər yenə də əhalinin sosial müdafiəsinə yönəlir”.

Son xəbərlər

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Bütün xəbərlər