BAKU Azərbaycan
°C

“Dəfələlərlə parlamentdə məsələ qaldırmışam ki, dövlət orqanlarının biznes fəaliyyəti ilə məşğul olmasına konstitusiya imkan vermir. 

İndi hörmətli Musa müəllim deyir ki, yox, belə deyil. Əslində investisiya qoymaq biznes fəaliyyətidir. Konstitusiyanın 59-cu maddəsi “azad sahibkarlıq hüququ” adlanır. Onun ikinci hissəsini olduğu kimi oxuyuram: 

“Dövlət sahibarklıq sahəsində yalnız dövlət maraqlarını, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Tənzimləmə ilə biznes fəaliyyəti fərqli anlayışlardır”. 

Cebhe.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib. Deputat qeyd edib ki, bu investisiya nə qədər az riskli sahələrə qoyulsa da bütövlükdə bunun batma ehtimalı var: 

“İkincisi də dövlət orqanı büdcədən də hər il vəsait alır. Məsələn, 2023-cü ildə 1,5 milyard manata yaxın Dövlət Sosial Müdafiə Fonduna vəsait ayrılır. Belə çıxır ki, biz büdcədən vəsait ayırırıq ki, bu insanların sosial təminatı həyata keçirilsin, amma bunu investisiyaya yönəldəcəklər. Burada məntiq varmı? Əgər həqiqətən də, ora çox vəsait yığılsa, büdcədən bir manat vəsait almasalar, bunu başa düşmək olar. 

Burada dünyadan nümunələr gətirilir ki, təcrübədə var. Amma biz bilirik ki, xaricdə özəl sosial sığorta şirkətləri var. Qanunla bizdə əslində dövlət belə şirkətlərin yaradılmasını stimullaşdırmalıdır. Amma bu istiqamətdə heç bir addım atılmır, heç bir iş görülmür”. 

Son xəbərlər

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Bütün xəbərlər