BAKU Azərbaycan
°C

Bu il 10-cu Bakı Qlobal Fromu çətin bir dövrə təsadüf edir.

Bunu Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Sarıgeldin deyib

İsmail Sarıgeldin bildirib ki, bu forum çətin dövrə təsadüf edir:

“Pandemiyadan sonrakı vəziyyət, bərpa, yeni qlobal düzənin yaranması prosesi, eyni zamanda müharibə gedir. Miqrasiya ciddi problemə çevrilib, qeyri-bərabərlik güclənib. İqlim dəyişikliyi ciddi təhdid yaradıb və bu, kasıb və zəngin ölkə olmasından asılı olmayaraq, bütün ölkələri təhdid edir və xüsusilə də kasıb ölkələr ciddi zərər görür çünki onların bu nəticələrinin öhdəsindən gəlməyə imkanları yoxdur. Ukrayna-Rusiya müharibəsi dövründə bir müddət taxıl ixracı da dayanmışdı, bu qida təhlükəsizliyini ciddi təhdid edirdi.

Zəngin ölkələr pandemiyadan sonrakı bərpa prosesində daha güclüdür, fəaldır, ancaq yoxsul ölkələr çabalayır. Bizim əməkdaşlıqla, koordinasiya ilə bu problemlərə cavab verə bilərik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya dövründə peyvəndlərin bərabər paylanması ilə bağlı fəal kampaniya apardı. Bizim bu kampaniyamız qlobal dəstək aldı, ÜST bunu dəstəklədi. Qeyd etməliyəm ki, bu fəallığımızın müəyyən nəticələri də oldu".

Brifinqdə "Exxon-Mobile"nin keçmiş vitse-prezidenti Jean Baderschneider çıxışında deyib ki, Qafqaz regionu, Azərbaycan bu gün çox vacib geosiyasi rol oynayır. O, enerji təhlükəsizliyində Azərbaycanın rolu barədə vurğulayıb və əlavə edib ki, Azərbaycan bərpaolunan enerji istiqamətində ciddi addımlar atmaqdadır.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər