BAKU Azərbaycan
°C

Azərbaycanda kişilər qadınlardan orta hesabla 35,2% çox qazanır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl və Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyinin rəhbəri Peter Mixalkonun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı birgə yaydığı bəyanatda bildirilir.

Sənədə əsasən, bu, Avropa və Mərkəzi Asiyada qeydə alınmış ən kəskin fərqlərdən biridir.

“Azərbaycanın əmək bazarında kişilərin və qadınların məşğulluq göstəricilərini mütləq nisbətdə müqayisə etdikdə kiçik gender boşluqları olsa da, onların harada və nə işlə məşğul olmaları arasında kəskin fərq var. Qadınlar daha az maaşlı sahələrdə məsələn, səhiyyə və təhsildə işləməyə meyllidir, kişilər isə nəqliyyat və anbar xidmətləri, enerji və yaxud tikinti kimi daha yüksək maaşlı sahələrdə üstünlük təşkil edirlər”, - deyə bəyanatda qeyd olunub.

Səfirlər hesab edir ki, hüquqi məhdudiyyətlərlə daha da dərinləşən bu iş yeri seqreqasiyası Azərbaycanda gender maaşlarının yüksək fərqinə səbəb olur: “Son vaxtlara qədər Azərbaycanda qadınların iqtisadiyyatın bir çox sahələrində – nəqliyyatdan energetikaya, kənd təsərrüfatına kimi 674 işdə işləməsinə icazə verilməyib.

Məsələn, qadınlar nə asfalt çəkə, nə qatar mühəndisi işləyə, nə də 14 oturacaqdan çox şəhər avtobusunu idarə edə bilməyiblər. Qadınlara yeraltı işlərdə işləmək, potensial təhlükəli işlərə və ağır fiziki əməyə cəlb olunmaq üçün qanunla qadağan edilmişdi. Keçmiş Sovet İttifaqından miras qalmış bu məhdudiyyətlər, ehtimal ki, qadınların sağlamlığını qorumaq məqsədi daşıyırdı, lakin hər bir iş riskin qiymətləndirilməsinə əsaslanmamalıdır. Üstəlik, son onilliklərdə texnologiyadakı irəliləyişlər, işin təbiətindəki və peşə sağlamlığı şəraitindəki dəyişikliklər nəzərə alınmalıdır.

2022-ci ilin noyabrında Azərbaycan qadınların məşğulluğuna qoyulan bu iş məhdudiyyətlərini ləğv etdi, Dünya Bankı ilə birlikdə bu rolların qadınların sağlamlığı üçün heç bir xüsusi təhlükə yaratmadığını nümayiş etdirdi. Geniş miqyaslı məhdudiyyətlər əvəzinə, yeni qaydalar müəyyən işlərə sağlamlıq riskinə əsaslanan yanaşmanı qəbul edir. Bu müsbət inkişaf bütövlükdə iqtisadiyyata və cəmiyyətə fayda verəcək, təkcə qadınlara deyil, hamıya qazanc gətirə bilər”.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər