BAKU Azərbaycan
°C

İş tapmaqda çətinlik çəkən şəxslər üçün Dövlət Məşğulluq Agentliyinin layihələri səhrada suya bənzəyir. Belə ki, agentliyə müraciət edən şəxslər fərqli layihələrdə iştirak etməklə işlə təmin olunmaq fürsəti qazanırlar.

Gundem.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinə müraciət etdikdən sonra müraciəti cavabsız qalanlar da az deyil. Agentliyin açıqlamasına görə, müraciətlərə 5 iş günü ərzində baxılır və münasib iş təklifi edilmədiyi, işə götürən tərəfindən vakansiyadan imtina edildiyi təqdirdə həmin şəxslər işsiz kimi qeydiyyata alınır.

Hazırda işsiz kimi qeydiyyta düşən şəxslər üçün 175 sahə üzrə peşə hazırlığı həyata keçirilir. Bu siyahı ilə agentliyin saytında tanış olmaq mümkündür. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.

Qeyd edək ki, peşə hazırlığı layihəsinə müraciət etmək istəyən şəxslər yaşadığı rayon üzrə regional məşğulluq filiallarına müraciət edə bilər. Vətəndaşların orada qeydiyyatı aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra peşə hazırlığı üzrə layihədə iştirak etmək istəyən müsahibələrə cəlb olunurlar.

Ödənişsiz əsaslarla təşkil edilən və 1-6 ay müddətində davam edən peşə hazırlığında iştirak edən işsiz şəxslər minimum aylıq əmək haqqı məbləğində (345 AZN) təqaüd ödənilir.

Layihə ilə bağlı əlavə məlumat öyrənmək istəyən şəxslər 142 - Çağrı Mərkəzi və ya (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlaya bilərlər. (publika)

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər