BAKU Azərbaycan
°C

“Azərbaycanın mənzil bazarındakı qiymət dinamikası 2021-ci ilin sonlarından etibarən yüksəlməyə başladı. Təkcə 2022-ci ildə 30 faizə yaxın artım qeydə alındı. Qiymət dəyişiklikləri cari ilin əvvəlindən bu günə qədər davam etməkdədir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru, ekspert Ramil Osmanlı bildirib. 

“Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın əmlak bazarına təsiri böyükdür” 

Onun sözlərinə görə, hazırda qiymət artımı faiz etibarilə ikirəqəmli göstəricini keçib və 13 faizdən bir qədər artıqdır:  

“Qeyri-yaşayış sahələrində 7-8 faizlik, torpaq bazarında isə 10 faizlik artım müşahidə olunur. Belə davam edərsə, ilin sonuna qədər bu faizlərin hansı rəqəmlərlə ifadə ediləcəyini və bazarın gələcəyini indidən proqnozlaşdırmaq çətin olacaq”. 

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın əmlak bazarına təsiri böyükdür:  

“Bu səbəbdən də Rusiyadan Azərbaycana yönələn investisiyaların həcmi ciddi şəkildə artmaqdadır. Bu müharibə səbəbindən ölkəmizə böyük insan və kapital axını var. Gələnlər ya ev, və ya qeyri-yaşayış obyektləri alır, ya da mənzil kirayəyə götürürlər. Bu da təbii ki, daşınmaz əmlak bazarında qiymət artımına təsir edir”.  

Ramil Osmanlı qeyd edib ki, bəzi tikinti materiallarının da qiymətində artımlar var: 

“Əsas səbəb isə Ukrayna bazarlarında yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Buna görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin şəkildə bahalaşa bilər”. 

Tikinti materiallarının bahalaşmasında xarici faktorlar 

İqtisadçı-ekspert Xalid Kərimli də 2022-ci ildən etibarən Azərbaycanda daşınmaz əmlak və tikinti bazarında qiymət artımlarının olduğunu diqqətə çatdırıb. 

Onun sözlərinə görə, əmlak bazarına mənfi təsir göstərən amillərdən biri də, Rusiya-Ukrayna müharibəsidir: 

“Müharibə ilə əlaqədar ötən il Rusiyada səfərbərlik elan olundu. Orada yaşayan azərbaycanlıların çoxu müharibəyə getmək istəmədikləri üçün geri qayıtdı və daşınmaz əmlak bazara investisiyalar yatırmağa başladılar. İmkanı olanlar evlər və mənzillər aldılar, imkanı olmayanlar isə mənzil kirayə götürdülər ki, bu da həm aktivliyin, həm də əlavə xərclərin artmasına təsir etdi.  

Bundan əlavə, bazarda taxta materialları birdən-birə 30-40 faiz, nazik taxta (fanerka) isə 2 dəfə, yəni 20 manatdan 40 manata qalxdı.  

Dəmir materialları, əsasən də armaturlar 30-40 faiz baha qiymətə satıldı. Ötən il qum və sementin daşınması qiymətlərində yüksəlmələr baş verdi, yəni 1 kubmetri 12-13 manat olan qum birdən birə 25-28 manata qədər bahalaşdı”.  

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər