BAKU Azərbaycan
°C

Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.

Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” qanuna görə sığorta vasitəçiləri rüb başa çatdıqdan sonra 20 gün müddətində AMB-yə onun müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər. Lisenziyasının qüvvəsi dayandırılmış vasitəçilər bu ilin I rübü üzrə hesabatı quruma təqdim etməyib.

Qanuna əsasdən, bu halda sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 6 aya qədər müddətə dayandırıla bilər. Həmin sığorta vasitəçilərinin hər birinə barələrində inzibati icraatın başlanması ilə bağlı bildiriş göndərilib, həmin şəxslər AMB-yə görüşə dəvət edilib. Görüş iştirakçılarına lazımi tədbirlər görüləcəyi barədə məlumat verilib. Onlar 3 ay ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırsa, lisenziyanın qüvvəsi bərpa ediləcək.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər