BAKU Azərbaycan
°C

“Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 % artaraq 925,3 manat olub”.

Gundem.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir: “Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.

Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur”.

V.Bayramov bildirib ki, bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:

“Bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 %-ə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”.

Son xəbərlər

Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi dəyişdirildi

Ermənilər Qarabağdan meyitləri yığır

Gələn il dövlət büdcəsi 37 milyard manata yaxın olacaq

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Xocalıda tərk edilmiş dayaq məntəqəsi - VİDEO

Dünən 29 yanğın olub - 7 nəfər xilas edilib

Rusiyalı ekspert: "Bakı ilə İrəvan arasında sülh uzaqda deyil"

Ermənilər üçün növbəti dəfə yanacaq göndərildi

Səfir: "Rusiya Ermənistanın sadiq müttəfiqi olub"

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yenilədi

Ermənistandan Qarabağa tibbi helikopterin daxil olması təmin edilib

“Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyini gördüm”

“Qohumluq əlaqələri ilə eyni subyektləri fərqli insanlar idarə edir”

Polis rəisi yüksək vəzifəyə təyin edildi

“Neftçi”nin yeni strukturu təsdiqləndi

Bakıda üzərində isti su tökülən 21 yaşlı oğlan ÖLDÜ

Əxlaqsızlıq yuvası işlədən ata və oğulları tutuldu

Terrorçu Melkonyanın Xocavənddəki heykəli söküldü - FOTOLAR

Kanada Ermənistana yeni səfir təyin etdi

Ödəniş kartlarının sayı artıb

Bütün xəbərlər