
İqtisadiyyat
26.09.2023 / 13:20
92
Ticarət qanunu hazırlanır
“Sentyabrın 11-də Milli Məclisin saytına açıq yerləşdirilən “Rəqabət Məcəlləsi” ilə bağlı cəmi bir təklif gəlib. Bu da ona dəlalət edir ki, dinləmələr keçirilməlidir. Çox istəyərdik ictimai sektor daha real və aktiv şəkildə təklif etsinlər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı bildirib.
T.Mirkişilinin sözlərinə görə, rəqabət bazar iqtisadiyyatının mühərrikidir: “Rəqabət nəticəsində effektiv olmayan sahibkarlar bazarı tərk edir. Hazırda, həmçinin Ticarət qanununun hazırlanması üzərində iş gedir. Bu qanunlar Rəqabət Məcəlləsi ilə birgə kompleks hal daşıyacaq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay