BAKU Azərbaycan
°C

2022 və 2023-cü ildən fərqli olaraq bu il Azərbaycanda tərəvəzlərin ucuzlaşması müşahidə edilib. 2024-cü ilin yanvarında tərəvəzlərin qiyməti bir il əvvəlki tarixlə müqayisədə 7,3 faiz enib.


Gundem.az xəbər verir ki, qiymət azalması əksər tərəvəz məhsullarında qeydə alınıb. 


Azərbaycanda daha çox istehlak edilən tərəvəz məhsulları kartof, baş soğan, ağ kələm, göy lobya, bibər, pomidor, xiyardır. Qiymət fərqlərinə diqqət yetirəndə görürük ki, adıçəkilən tərəvəz məhsullarının çoxu ucuzlaşıb. 


Əsas tərəvəz məhsulu olan kartofun qiyməti son bir ildə 50 qəpiyə yaxın enib. Ötən ilin yanvarında bir kiloqramı orta hesabla 1,45 manata satılan kartofun dəyəri bu ilin yanvarında 0,95 manata düşüb. 


Baş soğan da ucuzlaşıb. Bir il əvvəl 1,05 manata satılan baş soğanın qiyməti yanvarın sonunda 0,88 manata enib. Ağ kələmin qiymətində də nəzərəçarpacaq fərq var. İl ərzində ağ kələmin pərakəndə satış qiyməti 0,62 manatdan 0,48 manata düşüb. 

İstixana şəraitində yetişdirilən tərəvəzlərdə də bu il qiymət azalması görünür. İstixana pomidorunun qiyməti bir il ərzində 3,3 manatdan 2,5 manata, xiyarın qiyməti isə 4,05 manatdan dəyəri 2,77 manata enib. 


Digər tərəvəz məhsullarından badımcanın qiyməti 4,2 manatdan 2,45 manata, göy lobyanın qiyməti 3,3 manatdan 2,1 manata, şirin bibərin qiyməti 2,85 manatdan 2,35 manata, quru noxudun qiyməti 5,4 manatdan 4,8 manata, quru lobyanın qiyməti 5,05 manatdan 4,9 manata düşüb. 


Qeyd edək ki, tərəvəzlərin ucuzlaşması Azərbaycan istehlakçısı üçün önəmli haldır. Çünki əhalinin həm ümumi xərclərində, həm də ərzaq məhsullarının alışına çəkilən xərclərdə tərəvəzlərin payı yüksəkdir. Məsələn, 2022-ci ildə əhalinin pərakəndə ticarət müəssisələrində tərəvəzlərə xərclədiyi pul 7,1 milyard manat olmaqla digər mal qruplarının hamısından çox olub. 2020-ci ildə isə bu məbləğ 3,2 milyard manat idi. Cəmi iki ildə tərəvəzlərə xərclənən pulun bu qədər artmasının səbəbi məhz bahalaşma ilə bağlı olub. Ümid edək ki, 2024-cü ildə tərəvəzlərin qiyməti əlverişli səviyyədə olacaq. (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər