BAKU Azərbaycan
°C

Pandemiyadan sonra dəyəri sürətlə artan yeyinti yağlarının əksəriyyətinin qiymətində son bir ildə enmə müşahidə edilib. Qiymət azalması əsasən qarğıdalı və günəbaxan yağlarında baş verib. 


Gundem.az xəbər verir ki, 2024-cü ilin yanvar ayının sonunda yağların (kərə, marqarin, zeytun, qarğıdalı və günəbaxan yağları) dəyəri bir il əvvəlki tarixdə qeydə alınan qiymətlərlə müqayisədə orta hesabla 6,8 faiz enib. 


Müqayisə göstərir ki, qiymət azalması zeytun yağlarından başqa digər bütün yağlarda qeydə alınıb. 


Kərə yağının qiymətində cüzi azalma baş verib. Bir il əvvəl kiloqramının orta qiyməti 19,75 manat olan kərə yağları hazırda 19,2 manata satılır. Kərə yağlarının dəyərində orta hesabla 0,55 manat (2,8 faiz) enmə olub.


Süfrə marqarini də ucuzlaşıb. Marqarinin qiyməti orta hesabla 6 manatdan 5,3 manata enib. Bu yağlarda birillik qiymət fərqi 0,7 manat, yaxud 11,6 faiz təşkil edib.
Son bir ildə günəbaxan və qarğıdalı yağlarının qiymətində ciddi fərq müşahidə olunub.

Günəbaxan yağının orta qiyməti 5,7 manatdan 4,7 manata geriləyib. Qarğıdalı yağının qiyməti isə 7,7 manatdan 6,3 manata düşüb. Müqayisədən görünür ki, son bir ildə günəbaxan yağı 1 manat (17,5 faiz), qarğıdalı yağı 1,4 manat (18,2 faiz) ucuzlaşıb. 


Zeytun yağının dəyərində isə ötən bir ildə yüksəlmə qeydə alınıb. Bir il əvvəl 15 manata satılan zeytun yağının dəyəri hazırda 16 manatdır. Zeytun yağı bir il ərzində 1 manat, yaxud 6,7 faiz bahalaşıb. 


Xatırladaq ki, ucuzlaşmaya baxmayaraq, yağların qiyməti hələ də çox yüksəkdir. 2021-2023-cü illərdə yeyinti məhsulu kimi istifadə edilən yağların dəyərində kəskin artım baş verib. Qiymət artımları əsasən duru yağlarda baş vermişdi. Qeyd edilən müddətdə günəbaxan yağının qiyməti 2,9 manatdan 5,7 manata, qarğıdalı yağının qiyməti 4,3 manatdan 7,7 manata, marqarin yağının dəyəri 3,9 manatdan 6 manata, kərə yağı isə 16,5 manatdan 19,8 manata yüksəlmişdi. 
Son bir ildə yağların qiymətində müşahidə edilən azalma əvvəlki bahalaşmanın yalnız bri hissəsini kompensasiya edə bilib. (Sfera.az) 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər