BAKU Azərbaycan
°C

2023-cü il ərzində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yüksək vəzifəli nümayəndələri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi işlərinin çox tezliklə başa çatacağını və yenidən işə salınacağını elan etmişdilər. BTQ-nin fəaliyyətinin 2023-cü ilin sonunda bərpa olunacağı bildirilsə də, ilin sonunda bu müddət tədricən 2024-cü illə əvəzləndi. Bu ilin fevral ayında Gürcüstanda yeni formalaşmış hökumət BTQ dəmir yolunun 2024-cü ildə yenidən işə salınacağını bildirib. İndi isə BTQ-nin yenidən işə salınma müddəti 2024-cü ilin ortaları olaraq göstərilir. Belə olduqda modernləşdirilmədən sonra BTQ ilə maksimum daşıma həcminə (5 milyon ton) ən yaxşı halda 2025-ci ildə çatmaq mümkün olacaq.

 

Gundem.az xəbər verir ki, bu vəziyyət ADY-ni yük daşımalarının həcminə görə daha da çətin vəziyyətə salır.

Xatırladaq ki, BTQ-nin yenidən işə salınması dəmir yolu ilə maksimum yük dövriyyəsinin 5 dəfə - cari maksimum 1 milyon tondan 5 milyon tona qədər artırılmasına imkan verəcək. Burada xüsusilə qeyd etmək lazımdır ki, BTQ ilə yük daşımalarının maksimun həcmi 1 milyon ton olsa da, dəmir yolu ilə heç vaxt bu həcmdə yük daşınmayıb. Maksimum göstərici 2022-ci ildə qeydə alınıb - 476,9 min ton. Bu isə potensialın 48%-idir. 2018-2023-cü illərdə BTQ ilə cəmi 1,4 milyon tona yaxın yük daşınıb.

 

ADY-nin dərc etdiyi statistikaya görə, 2023-cü ildə dəmir yolu ilə yük daşımaları 2022-ci ildəki 18,73 milyon tona qarşı təxminən 18,3 milyon ton təşkil edib. Azalma 2,5% olub. 2021-ci illə müqayisədə 2022-ci ildə ADY tərəfindən rekord həcmdə yük daşınıb (18,73 milyon ton), artım isə 24,4% (+3,7 milyon ton) təşkil edib.

Dəmir yolu ilə tranzit yüklərin daşınmasında müşahidə olunan mənzərə də ürəkaçan deyil. 2023-cü ildə tranzit yüklərin həcmi 2022-ci ildəki 7,5 milyon tona qarşı 6,87 milyon ton təşkil edib, azalma 8,2% olub. 2021-ci illə müqayisədə 2022-ci ildə ADY tranzit yük daşımalarını 2,9 milyon ton və ya 62,7% artırıb! Bu statistika Türkiyə-Gürcüstan-Rusiya, Türkiyə-İran-Mərkəzi Asiya və Çin-Qazaxıstan-Rusiya dəhlizləri də daxil olmaqla bölgədəki bütün alternativ dəhlizlərlə daşıma həcmlərinin artması fonunda xüsusilə acınacaqlıdır.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təmirlə əlaqədar plansız bağlanması səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir.

Azərbaycan üzərindən tranzitin azalması məhz BTQ-nin təmiri ilə əlaqədar ola bilərmi?

 

Qismən, bəli. 2022-ci ildə BTQ ilə daşımaların həcmi təxminən 412,4 min ton, 2023-cü ildə isə 90 min tona yaxın təşkil edib. Beləliklə, 2023-cü ildə BTQ vasitəsilə tranzit 322 min ton azalıb. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, 2023-cü ildə sözügedən dəmir yolu ilə tranzit 2022-ci illə müqayisədə 630 min ton azalıb. Deməli, tranzit həcmlərinin azalması yalnız dəmir yolunun təmiri ilə əlaqəli deyil.

 

Belə olan halda sual yaranır ki, hansı real səbəblərə görə Azərbaycan dəmir yolları ilə tranzit yük daşımaları üzrə potensialdan tam şəkildə istifadə edilmir? BTQ və onun təmiri isə sadəcə daha böyük bir problemin əlamətləridir.

 

Buna görə də BTQ-nin yenidən işə salınması ADY-nin yük daşımaları üzrə ümumi göstəricilərini bir qədər yaxşılaşdırsa da, daha fundamental problemləri həll etməyəcək...

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər