BAKU Azərbaycan
°C

2024-cü ilin noyabrın 11-dən 24-dək Bakıda COP29  (“Conference of the Parties” (Tərəflərin Konfransı)) beynəlxalq tədbiri keçiriləcək. Konfransın keçirilməsində məqsəd dünyada iqlim dəyişikliyinə diqqəti cəlb etmək və karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5° S-dən (Selsi) çox olmasının qarşısını almaqdır. 

Gundem.az xatırladır ki, Azərbaycan indiyə qədər çox sayda beynəlxalq tədbirə ev sahibliyi edib, bu tədbirlərə çoxlu sayda əcnəbi qonaq gəlib. Amma COP29 konfransı əvvəlkilərə bənzəmir. Bu tədbir iştirakçıların sayına görə əvvəlkilərdən xeyli fərqlənir. Noyabrda keçiriləcək böyük beynəlxalq konfransa 170-dən çox ölkədən 70-80 min qonağın gəlməsi gözlənilir. 


İndiyə qədər Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub. Həmin tədbirlə əlaqədar 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq, ümumilikdə 8 min əcnəbi ölkəmizə gəlmişdi. COP29-da isə təşrif buyuracaq qonaqların sayı on dəfə çox olacaq.


Bundan əvvəlki COP tədbiri Birləşmiş Ərəb Əmirliyinin şəhəri olan Dubayda keçirilib. 2023-cü ildə Dubayda baş tutan COP28 tədbirində 70 min əcnəbi qeydiyyatdan keçmişdi. 


Azərbaycan bu qədər qonağı Bakıda qəbul etmək, yerləşdirmək imkanına sahibdirmi? 


Avropa Oyunlarında əcnəbilərin böyük hissəsi Koroğlu metrostansiyasının yaxınlığında yerləşən Atletlər kəndində yerləşdirilmişdi. Burada çoxlu sayda 8-13 mərtəbəli binalar mövcuddur. Yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var. Atletlər kəndi COP29 tədbirinə gələcək qonaqları qəbul etmək üçün olduqca kiçik məkandır. Tədbirə gələcək qonaqları yerləşdirmək üçün qeyd edilənlərdən əlavə daha bir neçə min binaya ehtiyac var. 

Xarici qonaqları qəbul etmək üçün Bakı, Sumqayıt və Abşeronda yerləşən mehmanxanalardan da istifadə etmək olar. Bakıda 272 ədəd, Sumqayıtda 15 ədəd, Abşeronda 10 ədəd mehmanxana və mehmanxana tipli obyekt var. Bakıdakı mehmanxanaların birdəfəlik tutumu 26 min nəfər, Sumqayıtdakı mehmanxanaların tutumu 510 nəfər, Abşeron rayonundakı mehmanxanaların tutumu 470 nəfərdir. Ümumilikdə Abşeron yarımadasında olan mehmanxanalarda 27 minə yaxın insanı yerləşdirmək olar. Həm Atletlər kəndinin, həm də mehmanxanaların tutumunu nəzərə alsaq, COP29 tədbirinə gələcək qonaqların ən yaxşı halda 34-35 min nəfərini qəbul etmək imkanı var. 


Bəs qalan qonaqlar necə yerləşdiriləcək?


Qonaqların digər hissəsini yerləşdirmək üçün hökumət Bakıda mövcud olan, amma istifadə edilməyən qeyri-yaşayış təyinatlı binalarından da faydalana bilər. Belə binaların bir çoxu dövlətin ayrı-ayrı qurumlarının idarəçiliyinə verilib. Buna nümunə kimi bağlanan bankların ofis binalarını göstərmək olar. Məsələn, 2020-ci ilin aprelində lisenziyaları ləğv edilən "Atabank" ASC və "Amrahbank" ASC-nin ofis binaları hələ də Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) balansındadır. 

"Atabank" Xətai rayonu, Xocalı prospekti, 45A  ünvanında böyük ofisə sahib olub.

"Amrahbank"ın Bakı şəhəri, Xocalı prospekti 36 A ünvanında olan binası da böyükdür. 


Bu binalar 3 ildən çoxdur ki, istifadə edilmir. Həmin binaları baxımsız vəziyyətdə saxlamaqdansa, onlardan COP29 tədbirinə gələn qonaqları yerləşdirmək üçün otel, yaxud iştirakçıların fəaliyyəti üçün ofis kimi istifadə daha faydalı olar.


Baş ofislərlə yanaşı filial və şöbələrinin bəziləri də bağlanan bankların mülkiyyətində olduğundan onlar da ƏSF tərəfindən idarə edilir. Bu ofislərdən də istifadə imkanları nəzərdən keçirilməlidir. 

Adıçəkilən banklarla yanaşı son illərdə “NBC Bank” ASC, “Dəmirbank” ASC, “Muğan Bank” ASC, “Günay Bank” ASC-nin də lisenziyası ləğv edilib və onların da istifadə edilməyən daşınmaz əmlakları qalıb. Dövlət həmin binaların quruluşunda dəyişiklik edib qonaqların yerləşdirilməsi üçün istifadə edə bilər.

Bakıda çox sayda bu tip binalar mövcuddur. İldən-ilə daha çox xarici turist qəbul edən Bakı kimi böyük şəhərdə mövcud olan daşınmaz əmlaklardan daha səmərəli istifadə edilməlidir. Xüsusən dövlətin balansında olan daşınmaz aktivləri baxımsız vəziyyətdə, toz basmış şəkildə saxlamaqdansa, onları turizm şirkətlərinin istifadəsinə vermək, biznes mərkəzlərinə çevirmək olar. COP29 tədbirinə hazırlıq bu məsələləri daha ciddi şəkildə diqqətdən keçirməyi tələb edəcək.   (Sfera.az)

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər