BAKU Azərbaycan
°C

İnflyasiya hamının başa düşdüyü iqtisadi termindir. İnflyasiyanın sürətlənməsi insanların sosial rifahı üçün yaxşı nəticələnmir. Lakin inflyasiyanın ümumiyyətlə olmaması da problemdir. Çünki inflyasiya 0-a bərabər olsa, qiymətlər dəyişməsə, bu zaman da iqtisadiyyatda problemlər baş verə bilər. Bu da iqtisadi durğunluğa səbəb ola bilər.

Gundem.az xəbər verir ki, bu barədə fikirləri iqtisadçı-ekspert Elşən Bağırzadə bildirib.

“2020-ci ildən etibarən dünyanın ən böyük qlobal problemlərindən biri qiymət artımlarıdır. Əsasən, bahalaşan məhsullar qida rasionuna daxil olan, daha çox pul xərclədiyimiz məhsullardır. Ümumiyyətlə dünya ölkələrində əhalinin rifah səviyyəsini ölçmək üçün müxtəlif göstəricilər var. Bu göstəricilərdən biri də insanların gəlirlərinin nə qədər hissəsini qida məhsullarına xərcləməsi ilə əlaqədardır. İnkişaf etmiş ölkələrdə əhali gəlirinin 10 faizini qidaya xərcləyir. Yəni, orta statistik Azərbaycan vətəndaşı xərclədiyi 100 manatın 56 manatını qidaya sərf edir”.

Ekspert qeyd edib ki, inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəblərindən biri 2020-ci ildə baş verən pandemiyadır.

 

“Pandemiya özü ilə bərabər bir sıra məhdudiyyətləri də gətirdi. Həmin məhdudiyyətlər də özlüyündə qiymətlərə təsirsiz ötüşmədi. İnsanlar əkin-biçinlə məşğul ola bilmirdilər. Qapanmalara görə daşıma xərcləri də özlüyündə artıb. Qiymət artımlarının əsas səbəblərindən biri də iqlim dəyişiklikləridir. İqlim dəyişikliyi məhsuldarlığın azalmasına səbəb olur".

Ekspert diqqətə çatdırıb ki, inflyasiya hazırda ən çox müzakirə edilən məsələlərdən biridir.

"Ərzaq məhsullarına tətbiq edilən gömrük və vergi rüsumları azaldılarsa, qısamüddətli də olsa qiymət artımlarının qaydaya salınmasında nəticə əldə etmək olar”. (Sfera.az) 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər