BAKU Azərbaycan
°C

Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına altıaylıq müddətə qadağa qoyacaq.

Bəs bu qadağanın Azərbaycandakı neft təchizatına təsiri necə olacaq?

 Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təhcizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır:

“Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton “Ai-95” markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, Rusiyadan idxal 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək azalıb. 

2023-cü ildə “Ai-92” markalı benzinin idxalı isə cəmi 17 min ton olmuşdur ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabər olub".

Ekspertin sözlərinə görə, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik:

“Bu isə onu deməyə əsas verir ki, Rusyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur”.

Sonda E.Əmirov qeyd edib ki, rəsmi Moskva ixraca qadağa qoymasını kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehal və emal proseslərinə təsiridir.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər