BAKU Azərbaycan
°C

Mərkəzi Bankın məlumatına görə, ötən il elektron ticarətin dövriyyəsi təxminən 41 milyard manat olub.

Gundem.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladıb ki, ölkədaxili elektron ticarət əməliyyatların həcmi təxminən 39 milyard, ölkəxarici isə təxminən 2 milyard manat olub.

“Yəni, ötən il biz xaricdən onlayn formada 2 milyardlıq alış-veriş etmişik. Bunlar heyrətləndirici rəqəmlərdir. Cəmi 5 il öncə bu rəqəm ölkə üzrə 2 milyard olub. MB bildirir ki, son 5 ildə e-ticarət dövriyyəsi 20 dəfə artıb. Hətta cəmi 2 il öncə, 2021-ci ilin sonunda e-ticaret dövriyyəsi , ümumi ticarət dövriyyəsinin təxminən 0.6 %-ni təşkil etmişdi , yəni 7 milyard olmuşdu – iki ilə artım 6 dəfə olub. Amma burada bəzi anlaşılmaz və izahatına ehtiyac olan məqamlar da var. Xarici e-ticarət anlaşılandır, əsasən, “Trendyol”, “Amazon”, “eBay”, “Aliexpress”, “Alibaba” və s. platformaları üzərindən reallaşan onlayn alış-verişdir. Bəs daxili dövriyyədə əsas xüsusi çəki necədir ? Mərkəzi Bankın dedikləri ilə Statistika Komitəsinin e-ticarətin dövriyyəsinin hesablanması metodikası üst-üstə düşürmü?”.

Ekspert bildirib ki, e-ticarətin statistik göstəriciləri ilə bağlı metodikanın beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyac var:

“Yeri gəlmişkən, qonşu ölkələrdə də bu istiqamətdə sürətli irəliləyiş müşahidə olunur. Məsələn, Qazaxıstanda cəmi 5 il öncə e-ticarət dövriyyəsinin xüsusi çəkisi 3-4% olmuşdusa, indi bu rəqəm 12.5 faizdir. Dünyada isə e-ticarət dövriyyəsi üzrə göstərici təxminən 15 -20 % ətrafındadır”. (Sfera.az) 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər