BAKU Azərbaycan
°C

Son bir ayda dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin” dəyərində sürətli artımdan sonra yeni rekord qeydə alınıb. 
Gundem.az xəbər verir ki, indiyə qədər “Bitcoin” ən yüksək qiymətə 2021-ci ilin oktyabrında satılmışdı. Həmin dövrdə bir “Bitcoin”in dəyəri 61 min dollar idi. 
Amma fevralın 28-i və 29-u tarixlərində “Bitcoin”in dəyərində yeni rekordlar müşahidə edilib. Fevralın 28-də qiymət öncə 61 və 62 min dolları, dünən isə 63 min dolları ötüb. Bu gün “Bitcoin”in qiyməti bir qədər ucuzlaşaraq 61,8 min dollara düşsə də dəyəri əvvəlki dövrlərdən yüksəkdir. 
“Bitcoin”in bahalaşması digər kriptovalyutaların da dəyərinin yüksəlməsinə səbəb olur. İkinci ən bahalı kriptovalyuta olan “Ethereum”un dəyəri bu gün 3400 dollara çatıb. Son bir ayda bu valyuta 1200 dollara yaxın bahalaşıb. 
Kriptovalyutaların dəyərinin artması onların bazar həcminin böyüməsinə də səbəb olur. “Bitcoin”in bazar həcmi hazırda 1,22 trilyon dollardır. “Ethereum”un dəyəri isə 410 milyard dollardır. 
Ən bahalı 10 kriptovalyutanın bazar həcmi isə 2 trilyon dollara çatıb. 
Qeyd edək ki, kriptovalyuta dedikdə rəqəmsal pul nəzərdə tutulur. Bu valyuta növü kağız pul kimi fiziki cəhətdən mövcud olmur və hansısa mərkəzi bank tərəfindən dövriyyəyə buraxılmır.  (Sfera.az) 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər