BAKU Azərbaycan
°C

Bu il Azərbaycanın qeyri neft-qaz ixracında nəzərəçarpacaq azalma müşahidə edilir. Son illərdə həcmi davamlı artan qeyri neft-qaz mallarının ixracında yalnız 2 ayda 200 milyon dollardan çox azalma baş verib. 


Gundem.az xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında 651,4 milyon dollar dəyərində qeyri neft-qaz malları satılmışdı. Bu ilin eyni dövründə ixracın dəyəri 455 milyon dollara geriləyib. İki ayda yaranan fərq 196,4 milyon dollar və ya 30,2 faiz olub.
İxracın azalmasının əsas səbəbi elektrik enerjisi satışının kəskin azalmasıdır. Ötən ilin ilk 2 ayında xaricə 227,2 milyon dollarlıq elektrik enerjisi satıldığı halda bu il satış həcmi 35 milyon dollara geriləyib. Yalnız elektrik enerjisi satışında yaranan azalma 192 milyon dollar olub. 

Azərbaycandan elektrik enerjisini əsasən 2 ölkə - Türkiyə və Gürcüstan alır. Bu il elektrik enerjisi ixracının kəskin azalması həmin ölkələrin idxalı azaltması ilə bağlıdır.  
Elektrik enerjisi ilə yanaşı kimya sənayesi məhsullarının ixracı 6 milyon dollar azalaraq 48 milyon dollara, plastmass və onlardan hazırlanan məmulatların satışı 19 milyon dollar azalaraq 57 milyon dollara enib. (Sfera.az)

Son xəbərlər

"ABŞ Ukraynadakı vəziyyəti daim gərginləşdirir" - XİN rəsmisi

Sabah 21 dərəcə isti OLACAQ - PROQNOZ

Azərbaycanda taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq - BU TARİXDƏN

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Bu şəxsin həyatından film çəkmək istəyirəm - Mahsun Kırmızıgül

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Bütün xəbərlər