BAKU Azərbaycan
°C

Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır.

 

Gundem.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.

 

“Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Bizim Çində daimi ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Onlar bərpa olunan enerji sahəsində, sənaye istehsalı sahəsindədir, eyni zamanda sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub”, - nazir bildirib.

M.Cabbarovun sözlərinə görə, bütün bunların əsasında mükəmməl siyasi əlaqələr dayanır: “Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir və bu, münasibətlərimizdə çox möhkəm təməldir”.

 

Onun sözlərinə görə, Azərbaycanın bir çox tərəfdaşları ilə sıx əlaqələri var: “Bizim əsas ticarət tərəfdaşlarımız Avropa İttifaqı, Çin, Rusiya Federasiyası, təbii ki, Türkiyə, Mərkəzi Asiya dövlətləri və Fars körfəzi ölkələridir. Bu, müəyyən mənada bizim qarşılıqlı investisiyalar strukturumuzu əks etdirir. Azərbaycan həm də müxtəlif nəqliyyat yollarının kəsişməsində yerləşir və “Şərq-Qərb” Çini Avropa ilə birləşdirən və Xəzər dənizi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərindən keçən ən qısa marşrutdur. Eyni sözləri “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında da demək lazımdır. Coğrafi mövqeyimiz də müəyyən mənada iqtisadi tərəfdaşlığımızı da müəyyən edir”.

Son xəbərlər

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Bütün xəbərlər