BAKU Azərbaycan
°C

Sanksiyalar səbəbindən Rusiyanın xarici maliyyə və ticarət əməliyyatlarında yaranan çətinliklər böyüyür. 

Gundem.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən banklar ABŞ-nin sanksiyalarına görə, Rusiya ilə maliyyə əməliyyatlarını məhdudlaşdırır. Bu vəziyyət Rusiyaya satdığı neftin pulunu almaqda da çətinliklər yaradır. 
    
Məlumata görə, ABŞ-nin ötən ilin dekabrında qəbul etdiyi sanksiyalardan sonra xarici banklar Rusiyaya ödənişlərdə ehtiyatlı davranmağa başlayıblar. Buna görə də Rusiya neft şirkətləri satılan xam neft və yanacağa görə ödənişləri vaxtında ala bilmirlər. 

Türkiyə, Çin və BƏƏ-dəki bəzi banklar son həftələrdə sanksiyalara uyğun davranır və bu, Moskvaya pul köçürmələrinin gecikməsinə, hətta köçürmələrdən imtina edilməsinə səbəb olub. 
“Reuters”in əldə etdiyi məlumata əsasən, BƏƏ-nin “First Abu Dhabi Bank” (FAB) və “Dubai Islamic Bank” (DIB) bankları Rusiya mallarının ticarəti ilə bağlı bəzi hesabları dondurub. Bundan başqa Türkiyənin “Ziraat Bankı” və “Vakıfbank”, BƏƏ-nin “Mashreq bank”ı və Çinin ICBC və “Bank of China” hələ də ödənişləri həyata keçirsələr də əməliyyatların tamamlanması həftələrlə, bəzən aylarla vaxt aparır. 
“Reuters” xatırladır ki, yeni vəziyyətlə bağlı Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O, Çində bankların ödənişləri gecikdirməsi xəbərləri ilə bağlı verilən suala cavabında ödənişlərdə problemlərin olduğunu təsdiqləyib. Peskov bildirib ki, ABŞ və Avropa Birliyinin Çinə güclü təzyiqləri davam edir və bu vəziyyət müəyyən problemlər yaradır. Amma o, əmindir ki, sanksiyalar Çinlə ticari-iqtisadi əlaqələrin inkişafına mane olmayacaq. (Sfera.az)

Son xəbərlər

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Bütün xəbərlər