BAKU Azərbaycan
°C

Xalis qızılın bir qramının qiyməti ilk dəfə olaraq 71 dolları ötüb. 


Gundem.az xəbər verir ki, bu ilin fevralın 10-dan sonra qızılın qiymətində müşahidə edilən yüksəliş hələ də davam edir. Həmin tarixdə bir troya unsiya (31,1 qram) qızılın qiyməti 2000 dollar olduğu halda hazırda 2200 dollardan yüksəkdir. 
Qısa müddətdə xalis qızılın bir qramının qiyməti 64 dollardan 71,1 dollara qədər artıb. 

Son ayyarımda qızılın bahalaşması ABŞ dollarının məzənnəsinin düşəcəyinə dair yaranan qənaətlə bağlıdır. Proqnozlaşdırılır ki, yaxın aylarda ABŞ-də faizlər endiriləcək və bu, dolların ucuzlaşmasına səbəb olacaq. Qızılın qiyməti dollarla müəyyən edildiyindən onun məzənnəsindəki dəyişiklik qızılın qiymətinə də təsir göstərir. Dollar bahalaşanda qızıl ucuzlaşır, dollar ucuzlaşdıqda isə qızıl bahalaşır. Yaxın aylarda dolların ucuzlaşacağı proqnoz edildiyindən investorlar indidən qızılı bir qədər ucuz almağa çalışırlar ki, bu da dəyərli metalı bahalaşdırır. 
Qızılın bahalaşması onunla yığım edən bankların, maliyyə qurumlarının, fondların aktivlərinin dəyərinə müsbət təsir edir. Son bir ildə qızılın qiyməti 12 faiz artıb və qızılla yığım edənlərin aktivləri də bir qədər dəyərlənib. (Sfera.az)

Son xəbərlər

Sabah 32 dərəcə isti olacaq

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI- FOTO

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Məşhur aktrisanın qızı oldu - FOTO 

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Bütün xəbərlər