BAKU Azərbaycan
°C

“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub”. 


Gundem.az xəbər verir ki, bunu “Faiz dəhlizinin parametrləri haqqında” açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. 
AMB qeyd edib ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 
2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artdığını bildirən AMB investisiya qoyuluşunun əhəmiyyətli hissəsinin daxili mənbələr hesabına maliyyələşdirildiyini vurğulayıb. 

AMB-nin şərhinə görə bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub: “Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb”. 
AMB qeyd edib ki, mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabı profisitli olacaq: “Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”. (Sfera.az)

 

Son xəbərlər

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Qubada kəsici-deşici alətlər satan şəxslər SAXLANILDI

Ali Məhkəmənin hakimi intihar etdi

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Azərbaycan Türkiyədən tütün alışını azaldı

Hesablardan 30 min manat oğurlayan Bakı sakini SAXLANILDI - RƏSMİ

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Bütün xəbərlər