BAKU Azərbaycan
°C

Cari ilin noyabrında Azərbaycanda nağd dollar alışı kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, sentyabrda nağd dollar alışı 95,4 milyon, oktyabrda 159,3 milyon olduğu halda, noyabrda bu rəqəm 2 dəfə artaraq 317 milyon dollara çatıb. 

Görəsən, hansı amillər nağd dollar alışına marağın artmasına səbəb olub? 

Gundem.az xəbər verir ki, Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirlinin fikrincə, nağd dollar alışının artmasına 3 amil səbəb olub:
 
"Azərbaycanda kənd təsərrüfatı məhsulları mövsümü bitib. Mövsümün bitməsilə isə ölkə daxilində ərzaq məhsullarına tələbat artıb. Bununla əlaqədar ölkəyə ərzaq məhsullarının idxalı artıb. Digər tərəfdən, dünyada ərzaq məhsulları bahalaşır. Bahalaşmanın özü də idxal etdiyimiz məhsulların qiymətinə təsir edir. İdxal prosesi isə dollarla həyata keçirilir”. 

Ekspertin dediyinə görə, manatın devalvasiyası barədə gəzən söz-söhbətlər də sözügedən prosesə öz təsirini göstərib:

"Sentyabrdan başlayaraq ölkədə manatın yeni devalvasiyası barədə informasiyalar dövriyyəyə daxil olub. Bu, əhali arasında narahatlığa səbəb olduğundan vətəndaşlar ehtiyatda olan pul vəsaitlərini dollara dəyişməyə başlayıblar. Çünki dolların məzənnəsinin arta biləcəyini düşünürlər. Belə ki, son 2-3 ayda manatın dollara qarşı ucuzlaşması müzakirə mövzusu olub”. 

A. Nəsirli düşünür ki, manata olan etibarın azalması da burada öz sözünü deyib: 

"Manatın inflyasiyası getdikcə artır. Qiymətlərin sürətlə bahalaşması ilə manat dəyərdən düşür. Bu da manata olan etibarı aşağı salıb. Ona görə sahibkarlar da əllərindəki ehtiyatları dollarda saxlamağa daha çox meyl edirlər. Bütün bunların nəticəsində son zamanlar ölkədə dollara tələbat xeyli artıb. Bu tələbatın nəticəsi olaraq da Neft Fondunun keçirdiyi hərracların həcmi artıb. Konkret olaraq, proses ondan xəbər verir ki, hazırda manat devalvasiyaya hamilədir. Ona görə də hərraca çıxarılan vəsaitlər artıb”. Qaynarinfo

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər