BAKU Azərbaycan
°C

Ötən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pulun həcmi 3 dəfəyə yaxın azalıb. 


Gundem.az Mərkəzi Banka istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana 2022-ci ildə 2,97 milyard dollar dəyərində pul köçürüldüyü halda 2023-cü ildə köçürülən pulun məbləği 1,048 milyard dollara düşüb. Ötən il Rusiyadan göndərilən pulun məbləği 1,922 milyard dollar, yəni 2,83 dəfə azalıb. 
Rusiyadan Azərbaycana ötən il göndərilən pulun məbləği 2022-ci ilə nisbətən azalsa da əvvəlki illərlə müqayisədə artım var. Məsələn, 2020 və 2021-ci illərdə hər il Rusiyadan təxminən 600-620 milyon dollar həcmində pul göndərilib. 2023-cü ildə göndərilən pulun dəyəri iki-üç il əvvəlki dövrlə müqayisədə 400-450 milyon dollar çoxdur. 

2022-ci ildə göndərilən pulun həcminin çox olması Rusiya-Ukrayna müharibəsi ilə bağlı olub. Müharibənin başlanması səbəbindən Rusiyada yaşayan həmvətənlərimiz və soydaşlarımız tərəfindən böyük məbləğdə vəsait Azərbaycana köçürülüb. Bu xüsusi halla əlaqədar olaraq 2022-ci ildə Rusiyadan pul köçürmələrində kəskin artım baş vermişdi.  (Sfera.az)

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər