BAKU Azərbaycan
°C

Yaxın Şərqdə geosiyasi risklərin artması və Meksikada neft hasilatının azalması neft qiymətlərinin bir qədər də yüksəlməsinə səbəb olub. İsrailin İranın Suriyadakı səfirliyinə endirdiyi hava hücumunda yüksək rütbəli hərbi komandir və digər şəxslərin həlak olmasından sonra rəsmi Tehran buna qəti şəkildə cavab verəcəyini bildirib. Meksikanın dövlət neft şirkəti “Pemex” isə yaxın bir neçə ay ərzində neft ixracını azaldacağını açıqlayıb. 
Gundem.az xəbər verir ki, bu tip xəbər və hadisələr son günlərdə “qara qızıl”ı bir qədər də bahalaşdırıb və nəticədə mövcud qiymətlər son beş ayın ən yüksək həddinə çatıb. 
Hazırda “Brent” markalı neftin qiyməti 88 dollardır. ABŞ-nin satdığı xam neftin dəyəri isə 84 dollar ətrafında dəyişir. 
Bahalaşma Azərbaycanın ixrac etdiyi “Azeri light” neftində də müşahidə edilir. Hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti təxminən 90 dollardır. 
Neftin qiymətinin bu həddə çatması Azərbaycan üçün olduqca əlverişlidir. Bu qiymət səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan qiymətdən (60 dollar) təxminən 50 faiz yüksəkdir.  (Sfera.az)

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər