BAKU Azərbaycan
°C

Martın 29-da Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən III Aqrobiznesin İnkişafı Forumunda TuranBank mükafata layiq görülüb.

Belə ki, ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

Forumda Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün innovativ məhsullar təqdim edən və sahibkarlığın inkişafına daima dəstək göstərən TuranBank bundan sonra da Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə əməkdaşlığını aktiv şəkildə davam etdirəcək.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı daxil olaraq əldə edə bilərsiniz.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır..

Son xəbərlər

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini QƏBUL ETDİ

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ! 

"Avroviziya"ya bu ölkənin bayrağı ilə giriş QADAĞAN OLUNDU

Bu tarixdən İçərişəhərə giriş MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Dünya bazarlarında neft BAHALAŞDI

İcra Hakimiyyətində məmurla vətəndaş arasında NƏ BAŞ VERİR?

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Yüksək faizli depozit kampaniyası davam edir

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

Bu məşhur klubun baş məşqçisi İSTEFA VERDİ - FOTO

Hikmət Hacıyev: "YUNESKO bir adamın əlində alətə çevrilməməlidir"

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Bütün xəbərlər