BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.

Gundem.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüş Rəqabət Məcəlləsində nəzərdə tutulan təbii inhisar fəaliyyəti sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər və bu sahədən irəli gələn hüquqi tənzimləmə mexanizmlərinə aydınlıq gətirilməsi, eləcə də müvafiq sahədə təkmilləşdirilmiş qanunvericilik alətlərinin, iqtisadi tənzimləmələrin, rəqabət orqanı ilə razılaşdırılmalı olan təbii inhisar subyektlərinin dövlət nəzarətinin predmetinə daxil edilən hərəkətlərin və digər məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.

Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi hazırlanarkən təbii inhisar fəaliyyətinin tənzimlənməsi sahəsi üzrə beynəlxalq təcrübə araşdırılıb, milli iqtisadiyyatımıza uyğun modellər əsasında təkmil müddəalar Məcəlləyə daxil edilib. Vurğulanıb ki, azad sahibkarlığın inkişafına dəstək və istehlakçıların mənafelərinə zidd davranışların qarşısının alınması məqsədilə Məcəllədə yer alan məsuliyyət tədbirləri qanun pozuntuları ilə mübarizəyə hədəflənib.

Müzakirələr zamanı Məcəllə ilə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələrindən başqa sahələrə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması, təbii inhisar subyektlərinin yenidən təşkili, ləğvi və ya təbii inhisar fəaliyyəti üzrə səlahiyyətlərin digər hüquqi şəxsə ötürülməsi və s. meyarlara nəzər salınıb.

Bundan əlavə, istehlak bazarında fəaliyyət göstərən təbii inhisar subyektlərinin istehlakçı hüquqlarını rəhbər tutaraq onlara ədalətli rəftar və yanaşma nümayiş etdirməsinin, vətəndaş müraciətlərinə operativ şəkildə baxılmasının vacibliyi vurğulanıb. Biznes subyektlərinin təbii inhisar subyektləri tərəfindən istehsal olunan məhsullardan və göstərilən xidmətlərdən bərabər şəkildə yararlanmalarını təmin edən mühitin inkişafının zəruriliyi qeyd olunub.

Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət məsələləri müzakirə edilib.

Son xəbərlər

ABŞ saytı: "Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır"

Vəzifəli şəxslər cinayət məsuliyyətinə CƏLB EDİLDİ - RƏSMİ

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini QƏBUL ETDİ

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ! 

"Avroviziya"ya bu ölkənin bayrağı ilə giriş QADAĞAN OLUNDU

Bu tarixdən İçərişəhərə giriş MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Dünya bazarlarında neft BAHALAŞDI

İcra Hakimiyyətində məmurla vətəndaş arasında NƏ BAŞ VERİR?

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Yüksək faizli depozit kampaniyası davam edir

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

Bu məşhur klubun baş məşqçisi İSTEFA VERDİ - FOTO

Hikmət Hacıyev: "YUNESKO bir adamın əlində alətə çevrilməməlidir"

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

Bütün xəbərlər