BAKU Azərbaycan
°C

Azərbaycanda ərzaq qiymətlərində illik müqayisədə müşahidə edilən azalma martda bir qədər də sürətlənib. 


Gundem.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsullarının qiymət səviyyəsi bu ilin martında ötən ilin mart ayına nisbətən 1,6 faiz enib. 
Əvvəlki aylarla müqayisədən görünür ki, ərzaq qiymətlərində enmə sürəti bir qədər də güclənib. İllik müqayisədə ərzaq qiymətləri bu ilin yanvarında 0,3 faiz artdıqdan sonra fevralda 0,8 faiz enib, martda isə ucuzlaşma sürəti 1,6 faizə yüksəlib. 
Ərzaq qiymətlərində illik müqayisədə enmə son illərdə müşahidə edilmirdi. Belə bir halın baş verməsinə səbəb dünyada ərzaq qiymətlərinin kəskin yüksəlməsindən sonra bu il qiymətlərin sürətlə enməsidir Qlobal səviyyədə son bir ildə ərzaq qiymətlərinin 7 faizə qədər enməsi müşahidə edilib və bu dəyişiklik tədricən Azərbaycana da sirayət edir. Aylıq müqayisədə isə ərzaq qiymətləri 0,7 faiz artıb.

Mart ayında ən çox düyü, kolbasa, təzə və dondurulmuş balıq, kərə və zeytun yağı, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, kartof, çay bahalaşıb. 
Unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. 
Onu da qeyd edək ki, Azərbaycan əhalisinin istehlak xərclərində ərzaq xərcləri ən böyük paya sahib olduğundan qida məhsullarının ucuzlaşması ümumən inflyasiya səviyyəsinə azaldıcı təsir göstərir. Son bir ildə inflyasiyanın 0,4 faizə enməsində ərzağın ucuzlaşmasının böyük təsiri olub. 
Böyük ehtimalla ərzaq mallarında ucuzlaşma iyun-iyul aylarına qədər davam edəcək. Çünki ötən il bu məhsulların qiymətində həmin dövrə qədər ciddi artımlar baş verib. (Sfera.az)

Son xəbərlər

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

Bütün xəbərlər