BAKU Azərbaycan
°C

Hacıqabulda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi əkin sahələrində məhsuldarlığın artmasına kömək edəcək.

Gundem.az xəbər verir ki, bunu Report-a “Aqro Dairy” MMC-nin baş aqronomu Tacəddin Misirzadə bildirib.

Hacıqabulun Padarçöl sakinlərini narahat edən problemin nəhayət ki, öz həllini tapdığını deyən baş aqronom qeyd edib ki, son illər yeni əkin sahələri dövriyyəyə qatılır və əkinə yararlı sahələr daha da genişləndirilir:

"Bir vaxtlar bu ərazilərdə su olmadığından yalnız qışlaq yeri kimi istifadə olunub. Sonralar əhali dəmyə şəraitində taxıl əkini ilə məşğul olub. Lakin ciddi su problem ilə qarşılaşdığından təsərrüfat sahibləri taxılın hər hektarından 4-5 sentner məhsul götürə biliblər".

T.Misirzadə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi istiqamətində yeni layihələrin hazırlandığını vurğulayıb.

Baş aqronom qeyd edib ki, “Aqro Dairy” MMC-nin fəaliyyət göstərdiyi regionlarda ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ildən isə Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb:

"Bütün bunlar onu göstərir ki, ölkəmizdə həm işğaldan azad edilən rayonlar, həm də digər bölgələrin də inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısı həm işğaldan azad olunan ərazilərə, həm də digər rayonlara tez-tez səfərlər edir, yeni sosial obyektlərin, müəssisələrin, yolların açılışını edir, problemlərin tez bir zamanda həlli üçün göstərişlər verir".

Qeyd edək ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Bu qurğular kompleksi dövlət başçısının əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da imzaladığı Sərəncama əsasən inşa olunub. Kompleksə sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyası, boru kəməri və dəmir-beton kanalı daxildir.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyasının xarici elektrik təchizatı işləri başa çatdırılıb.

Layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

Bütün xəbərlər