BAKU Azərbaycan
°C

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yanında Ticarət Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, şirkət Qarabağ iqtisadi rayonunda fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.

“Azərbaycanda aprelin 25-də keçirilmiş Sahibkarlar Günündə “Birlik Deri” şirkətinə rezident statusunun verilməsi qərara alınıb”, - nümayəndəlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə şirkətinin sahibi Burhan Demirsesin Ticarət Nümayəndəliyində ilk görüşü 2023-cü il noyabrın 24-də baş tutub və o, şirkətin Qarabağın bərpasında iştirak etmək niyyətini açıqlayıb: “Birlik Deri”nin Ağdam Sənaye Parkında gələcək fəaliyyəti Qarabağ regionunun inkişafına, buraya qayıdan əhalinin məşğulluğuna və sosial-iqtisadi rifahının yaxşılaşmasına töhfə verəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sənaye parkının ərazisi 190 hektardır. Park rezidentlərinin ümumi investisiyaları 200 milyon manatdan çox qiymətləndirilir.

Son xəbərlər

Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti OLACAQ

Hərbi bazaya silahlı HÜCUM - Ölənlər və yaralananlar var 

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

Neft ucuzlaşır – SON QİYMƏTLƏR

“Dələduzluğa məruz qalan böyük kütlə "TikTok"dadır" - AÇIQLAMA + VİDEO

Rusiyada YENİ BÖHRAN: “Kimlərsə Qazaxıstanın əli ilə…”

Sabah Bakıda 20 dərəcə isti olacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi MÜZAKİRƏ EDİLDİ

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu BAŞLADI

"Bizi birləşdirən Allahdır ..." - Müğənni Elçin deputatın qızından boşanmayıb?

Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ - FOTO

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü ALQIŞLAYIR

İan Borq Gürcüstan XİN başçısı ilə danışıqlar APARDI

Məşhur aktrisa SAXLANILDI - FOTO

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT 

Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu kişilər qadınlardan daha çox YAŞAYIR - Səbəb nədir?

Azərbaycanda ağır qəza, ölən VAR - VİDEO

Zelenski İspaniya və Portuqaliyaya səfərini LƏĞV ETDİ

Bakıda Fəvvarələr meydanında ofisiantlar BIÇAQLANDI

Bütün xəbərlər