BAKU Azərbaycan
°C

Ər-Riyadda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib.

Gundem.az Agentliyə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyevin, İşgüzar Şuranın həmsədrləri - KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin iştirak etdiyi iclasda hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanları, işgüzar dairələr arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində E.Əliyev Federasiyanın sədri Hasan Moejeb Alhvaizi ilə görüşüb. Görüşdə biznes dairələri arasında əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Son xəbərlər

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ

Prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə BAXDILAR

Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar

Bütün xəbərlər