BAKU Azərbaycan
°C

Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə başlayan filialın açılışında prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Dövlət Məşğulluq Agentliyinin Laçın rayonu üzrə nümayəndəsi İlqar Təhməzov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, bankın nümayəndələri və Laçın sakinləri iştirak etdilər. 

Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Yeni filalın açılışı ilə Kapital Bank həm də Laçında fəaliyyətə başlayan ilk bank kimi tarixə düşdü. Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Xankəndi filialının da açılışı planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər