
İqtisadiyyat
24.05.2024 / 23:00
424
Neft qiymətləri son 3 ayın ən aşağı səviyyəsinə düşüb
Dünyada neftə tələbin bir qədər zəifləməsi səbəbindən “Brent” markalı neftin qiyməti 81 dollardan aşağı düşüb.
Gundem.az xəbər verir ki, bu ilin aprelin əvvəlində “Brent” neftinin qiyməti 91 dollara yüksəldikdən sonra tədricən azalaraq indiki qiymət həddinə düşüb.
Ucuzlaşma Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətində də müşahidə olunur. Dünən Azərbaycan neftinin qiyməti 82,6 dollara düşüb. Aprelin əvvəlindən Azərbaycan neftinin qiymətində 10 dollardan çox enmə baş verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay