BAKU Azərbaycan
°C

Cənubi Koreya məhkəməsi BTS pop-qrupunun üzvü "Suga"nı (Min Yun Gi), elektrik skuteri sərxoş vəziyyətdə idarə etdiyinə görə 11 400 dollar məbləğində cərimələyib.

Gundem.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi hüquq dairələrindəki mənbələrə istinadən xəbər verib.

Sentyabrın 10-da prokurorluq artistə qarşı sürətləndirilmiş məhkəmə proseduru çərçivəsində ittiham irəli sürüb ki, bu da adətən, xətalara qarşı tətbiq olunur. Bu yanaşmada məhkəməyə cərimə tətbiq etmək xahişi göndərilir.

Min Yun Ginin hökmə etiraz etmək üçün bir həftə vaxtı var.

Qeyd edək ki, polis 31 yaşlı ifaçını Seulun mərkəzi rayonlarından birində küçədə aşkar edib. O, elektrik skuterindən yıxıldıqdan sonra ayağa qalxmağa çalışırmış. Araşdırma zamanı onun qanında alkoqolun miqdarının 0.227% təşkil etdiyi müəyyənləşib. Ölkə qanunlarına görə, 0.08% səviyyəsi sürücülük vəsiqəsindən məhrum edilmək üçün hüquqi əsas yaradır.

Qeyd edək ki, qrup 2013-cü ildən yaranmasına baxmayaraq, bu müddət ərzində çox şeyə nail olub: Klipləri bir gündə baxış sayına görə dəfələrlə rekord qırıb, "Dynamite" mahnıları Cənubi Koreyaya 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib, bu səbəbdən "K-pop" (Koreya pop-musiqisi - red.) məktəb proqramlarına salınıb. Bundan başqa, BTS 2021-ci ilin artistləri seçilib.

 

 

Son xəbərlər

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Xalq artistinin qızı adını dəyişir

İrandan atılan raket "Microsoft"un binasına düşdü - Yaralılar var

İtkin düşən məktəbli ilə bağlı araşdırma başlandı - RƏSMİ

Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?

Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

İyun bitməmiş varlanacaq bürclər

Lirə ucuzlaşdı, bu iki valyuta isə bahalaşdı - RƏSMİ

MY dünyanın ən yaxşı qapıçısını hədəfə aldı: 47 milyonluq plan

Bakı səmasında naməlum obyekt göründü - "Sirr" açıldı – VİDEO

İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

Qaraciyərinizi bu içki ilə qoruyun!

Məşhur aktyor da bu seriala çəkiləcək

50 yaşdan aşağı insanlar da xərçəngə səbəb olan üç amil: bunu hamı bilməlidir

Tramp onu yenidən tənqid etdi: Tam bir axmaqdır

Ukrayna - Azərbaycan oyunu bu ölkədə keçiriləcək

Azərbaycanda ən çox QAZANAN müğənnilər - SİYAHI

Bu heyrətamiz şəhərdə günəş aylarla batmır

Çəkisi 23 kiloqrama düşən məşhurdan xəbər var

Azərbaycanlı kişilər 4 arvad ala biləcək - Şərtlər

Bütün xəbərlər