“Sənə bir şey almayanda başıma vurursan” - Doğuşdan Xoşqədəmə
Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızına efirdə etiraz edib.
Gundem.az xəbər verir ki, hadisə “Səni axtarıram” verilişinin canlı efirində yaşanıb.
Xoşqədəm onun verilişinə pənah gətirən bir cütlüyü barışdırmaq istəyərkən “Mən necə edim. Bunları necə barışdırım. O dörd uşağın göz yaşını… Məgər hər şey yemək, üzük və sayradır… Burada deyirlər ki, niyə xanımına bir dənə qızıl üzük almadın. Bütün xoşbəxtliklər qızılın, brilliantın üstündədir?” sözlərini dilə gətirib.
Studiyada əyləşən Hidayətqızının əri Doğuş ayağa qalxaraq onun səsləndirdiyi bu fikirləri ilə razılaşmadığını bildirib:
“Onlar 9 ildir ki, bərabərdirlər amma bir dənə də olsun qızıl üzük almayıb, barmağına taxmayıb. Sən mənə ildə 12 ay var və 20 gün mənə “qadınlar”, “kıl”, “tüy” günü çıxardırsan. Bir dəfə sənə nəsə almayanda dərhal başıma vurursan. Sənin dediyin yox, mənim dediyim düzdüz. Bu sözlərimdən sonra bax belə donub yerində qalarsan”.
Xoşqədəm “Evdə səninlə bunları danışarıq. Mən həqiqətən küsdüm, az qala ağlayacaqdım. Sən hər dəfə istəyirsən məni səhv çıxarasan. Amma səndə bilirsən ki, mən haqlıyam” deyə Doğuşa səslənib.
Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz oğlan övladı var.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay