BAKU Azərbaycan
°C

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesindən əvvəl barışıq əldə olunub.

Gundem.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesdən əvvəl jurnalistlərə açıqlama verən calq artisti “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla barışdıqlarını deyib. Onun sözlərinə görə, tərəflər arasında notariusda barışıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Son xəbərlər

Sabah yağış yağacaq

Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO

Bakıda xanım biznesmen vəfat etdi - FOTO

Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Bütün xəbərlər