BAKU Azərbaycan
°C

Dünyaşöhrətli aktrisa Ancelina Coli gənc yaşlarında Nyu-Yorkda aldığı evini oğluna hədiyyə etdiyini və onun həmin evdə tək yaşadığını açıqlayıb.

Gundem.az xəbər verir ki, 49 yaşlı aktirsa bununla bağlı “The New York Times” qəzetinə danışıb.

Hansı oğlunun həmin evdə yaşadığını açıqlamayan Coli, digər beş uşağının da tez-tez bu evdə qaldığını bildirib:

“Keçən dəfə ona baş çəkəcəyimi söylədim və dedi ki, mənə evi təmizləmək üçün bir gün vaxt verə bilərsən? Bəli, onun anası üçün evi yığışdırması xoşuma gəldi, amma evin nə qədər pis halda olduğunu da düşündüm”. 

Ancelina Coli, həmçinin qeyd edib ki, onun ən böyük arzusu şəhər həyatını geridə qoyub Kambocaya köçməkdir:

“Böyük bir ailəniz olduqda, onların məxfilik, sülh və təhlükəsizliyə malik olmasını istəyirsiniz. İndi uşaqlarımı böyütmək üçün evim var, amma bəzən dünyanın başqa yerlərində gördüyüm insanlıq mənim böyüdüyüm yerdən çox fərqlidir. Kambocada daha çox vaxt keçirəcəyəm. Dünyanın harasında olsalar da, ailə üzvlərimi ziyarət edəcəyəm”.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2014-cü ildə evlənib. Cütlük 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar. Onların nikahı 2019-cu ildə rəsmi olaraq ləğv edilib. Cütlüyün Maddoks, Paks, Zahara, Şilo, həmçinin Knoks və Vivyen adlı əkiz uşaqları var.

 







Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər